Putin Ukraynadakı münaqişənin həll yolunu AÇIQLADI  

Hazırda oxunan: Putin Ukraynadakı münaqişənin həll yolunu AÇIQLADI  

Putin, Ukrayna ilə münaqişənin sülh yolu ilə həllini istədiyini və dialoqa açığıq olduğunu bildirib. Təhlükəsizlik zəmanətlərinin etibarlılığı məsələsini vurğulayaraq, potensial danışıqların əsas problemini qeyd etmişdir.

192155

“Biz Ukrayna ilə münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini istəyirik. Ukrayna ilə bağlı dialoqa açığıq, lakin bu, bu münaqişədə iştirak edən bütün ölkələrin maraqlarını, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində “Sinxua” agentliyinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, danışıqlar qlobal sabitlik, eləcə də təhlükəsizlik zəmanətləri məsələlərinə aid olmalıdır.  

Putin bildirib ki, təhlükəsizlik zəmanətlərinin etibarlılıq məsələsi potensial danışıqların əsas problemidir:  

“Əsas problem isə hər hansı təminatların etibarlılığıdır, çünki biz hakim dairələri beynəlxalq hüquqa deyil, “qaydalara əsaslanan nizam”a üstünlük verən dövlətlərlə işləyirik”. 

Qeyd edək ki, Putin mayın 16-da Çinə səfər edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin