Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri ölkədəki etirazlara dəstək vermək üçün Tiflisə gəliblər.
Bizim.Media xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bu barədə sosial şəbəkələrdə yazıb.
“Biz demokratiya, azadlıq və Avropanın gələcəyi uğrunda növbəti döyüşün getdiyi Tiflisə gəldik”, deyə o, qeyd edib.
Nazirlər müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər planlaşdırır.
Yeri gəlmişkən, Azərbaycana qarşı təxribat xarakterli bəyanatları ilə tanınan, Ermənistanın qızğın havadarı, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot da Gürcüstanda keçirilən etiraz aksiyalarına dəstək verib və Tiflisdə etirazçılar qarşısında çıxış edib.
“Yalanlara və sui-qəsd nəzəriyyələrinə inanmayın. Biz radikal deyilik. Siz radikal deyilsiniz. Siz adi avropalısınız, çünki siz Avropanın təmsil etdiyi demokratiya və azadlıq uğrunda mübarizə aparırsınız”, deyə o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:13 / 15.05.2024
4 ölkənin xarici işlər naziri Tiflisə gəldi
Hazırda oxunan: 4 ölkənin xarici işlər naziri Tiflisə gəldi
Hazırda oxunan: 4 ölkənin xarici işlər naziri Tiflisə gəldi
192152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.