ABŞ dövlət katibi Entoni Blinken Kiyevdəki gecə klublarının birində gitarada musiqi ifa edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
“ABŞ və dünyanın çox hissəsi təkcə Ukrayna üçün deyil, azad dünya üçün mübarizə aparır”, - deyə Blinken ifası zamanı qeyd edib.
Dövlət katibi musiqiçilərlə birlikdə 1989-cu ildə Berlin divarının sökülməsindən bir qədər əvvəl yayımlanan “Neil Younqun "Rockin' in the Free World" mahnısını ifa edib.
Bizim.Media