"İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkməyi xahiş edib. Moskva bu xahişi qəbul edib".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, ancaq Rusiya sərhədçiləri Ermənistanda qalacaq.
"Onlar Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar, biz yaxın vaxtlarda İrəvandakı Zvartnots hava limanında sərhəd-keçid məntəqəsini bağlayacağıq”, - Bortnikov əlavə edib.
Bizim.Media