Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibini müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilir ki, Putin Anton Vaynonu yenidən Prezident Administrasiyasının rəhbəri təyin edib.
Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya dövlət başçısının köməkçisi təyin olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz postunda qalıb. Tula vilayətinin qubernatoru Aleksey Dyumin vəzifəsindən azad edilərək Putinin köməkçisi təyin olunub.
Aleksey Qromov və Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri postlarını qoruyublar.
Maksim Oreşkin də Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. O, bu təyinatadək Putinin köməkçisi vəzifəsini icra edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:23 / 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Hazırda oxunan: Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Hazırda oxunan: Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibini yenidən müəyyənləşdirib. Dmitri Peskov öz vəzifəsində qalıb və bir sıra digər təyinatlar edilib.
191997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.