Aİ Moldova və Ukrayna ilə ticarət tədbirlərinin müddətini UZATDI

Hazırda oxunan: Aİ Moldova və Ukrayna ilə ticarət tədbirlərinin müddətini UZATDI

191885

Avropa İttifaqı (Aİ) Moldova və Ukraynadan gətirilən mallara idxal rüsumlarının və kvotaların müvəqqəti dayandırılmasını bir il müddətinə uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Aİ-nin Ukrayna üçün ticarət tədbirləri 6 iyun 2024-cü il tarixindən 5 iyun 2025-ci il tarixinədək tətbiq olunacaq. Qərara Aİ-Ukrayna Assosiasiyası Sazişinin (DCFTA) IV bəndi altında bütün ödənilməmiş gömrük rüsumlarının və kvotaların davamlı olaraq dayandırılması aiddir.
“Moldovanın Aİ-yə ixracına idxal rüsumlarının və kvotaların dayandırılması Avropa İttifaqı Şurasının bugünkü təsdiqindən və Avropa Parlamentinin aprelin 23-də qəbul etdiyi qərardan sonra bir il müddətinə uzadılacaq. Bu qərar 24 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin