ABŞ dövlət katibi Entoni Blinkenlə İsrailin müdafiə naziri Yoav Qalant arasında telefon danışığı olub.
Bizim.Media ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, E.Blinken ölkəsinin İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəyini və “Həmas”ın məğlubiyyəti üçün eyni məqsədə xidmət etdiklərini bir daha vurğulayıb.
Tərəflər Qəzzada vəziyyəti və girovların azad edilməsi üçün səyləri müzakirə ediblər.
Dövlət katibi Vaşinqtonun bir milyondan çox insanın sığındığı Rəfahda genişmiqyaslı quru əməliyyatına qarşı çıxdığını bir daha təsdiqləyib.
O, mülki əhalinin və humanitar yardım işçilərinin müdafiəsinin təcili təmin olunmasının vacibliyini vurğulayıb və israilli naziri Qəzzaya yardımların daşınması paylanması ilə bağlı problemlərin həllinə kömək göstərməyə çağırıb.
Bizim.Media