Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ

Hazırda oxunan: Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ

Rusiyanın yeni müdafiə nazirinin DOSYESİ Xəbər verdiyimiz kimi, Sergey Şoyqunun yerinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Vladimir Putin tərəfindən Andrey Belousov təklif edilib. Andrey Belousovun həyat yolu və karyerası.
191741

Xəbər verdiyimiz kimi, Sergey Şoyqunun yerinə Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə Vladimir Putin tərəfindən Andrey Belousov təklif edilib.

Bizim.Media yeni nazirin tərcümeyi-halını sizə təqdim edir.

▪️ Andrey Belousov 17 mart 1959-cu ildə anadan olub, 1981-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

▪️1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat və Riyaziyyat İnstitutunda işləyib.

▪️1986-2006-cı illərdə SSRİ Elmlər Akademiyasının İqtisadiyyat və Elmi-Texniki Tərəqqinin Proqnozlaşdırılması İnstitutunun/Rusiya Elmlər Akademiyasının Milli İqtisadiyyatın Proqnozlaşdırılması İnstitutunun əməkdaşı olub.

▪️2000-2006-cı illərdə Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin baş direktoru vəzifəsində çalışıb.

▪️2000-2006-cı illərdə baş nazirin ştatdankənar müşaviri olub.

▪️2006-2008-ci illərdə iqtisadi inkişaf və ticarət nazirinin müavini işləyib.

▪️2008-2012-ci illərdə Hökumətin İqtisadiyyat və Maliyyə Departamentinin direktoru olub.

▪️2012-2013-cü illərdə iqtisadi inkişaf naziri vəzifəsində çalışıb.

▪️2013-2020-ci illərdə prezidentin köməkçisi olub.

▪️21 yanvar 2020-ci ildə baş nazirin birinci müavini vəzifəsinə təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin