Seks turları təşkil edən Azərbaycan vətəndaşı saxlanıldı

Hazırda oxunan: Seks turları təşkil edən Azərbaycan vətəndaşı saxlanıldı

191686
Azərbaycan vətəndaşı Türkiyədən Ukraynaya elmi konfrans adı altında seks turları təşkil edib.

Bu barədə çərşənbə günü, sentyabrın 13-də, Ukrayna Milli Polisinin Dnepropetrovsk vilayəti üzrə İdarəsinin məlumatında deyilir.

“Xarici vətəndaşları Zaporojye və Xarkov hava limanlarında qarşılayaraq Dneprə yola salırdılar. Sonradan, əsasən Türkiyə vətəndaşı olan şəxsləri seks turu üçün qız seçməyə aparırdılar”x9d, - insan alveri cinayətləri ilə mübarizə üzrə bölmənin rəisi Roman Zaxarov deyib.

Turun qiyməti bir neçə min dollar təşkil edirdi. Bu xidmətdən istifadə edən Türkiyə vətəndaşları adətən Ukraynaya həftəsonu gəlirdilər.

İş üzrə saxlanılan 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşını beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin