Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində daşqınlar nəticəsində azı 311 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə AFP BMT-nin Ümumdünya Ərzaq Proqramına istinadla məlumat yayıb.
Bundan əvvəl “Reuters” agentliyi Əfqanıstan hökumətinin Daxili İşlər Nazirliyinə istinadla 151 nəfərin öldüyünü bildirmişdi.
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü bildirib ki, 2 mindən çox ev dağılıb. Ölkənin şimal-şərqində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, mayın 10-da Əfqanıstanda güclü yağışlar nəticəsində daşqınlar baş verib.
Bizim.Media