Türkiyə Hərbi Dəniz Qüvvələri son illərin ən böyük təlimini keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin özəlliyi ölkəni yuyan bütün dənizlərin sularında həyata keçirilməsidir.
Təlimlərə yüzdən artıq suüstü gəmi, 8 sualtı qayıq, 7 pilotsuz dəniz maşını, 40-a yaxın təyyarə, 16 helikopter, 28 hücum və kəşfiyyat pilotsuz təyyarəsi cəlb edilib. Təlimlərdə təqribən 15000 türk əsgəri iştirak edir.
Bizim.Media