Keniyada martın ortalarından bəri yağan güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, daha 188 nəfər xəsarət alıb, 75 nəfər isə itkin düşmüş hesab olunur. Bundan əlavə, 281 min 835 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təbii fəlakət ümumilikdə 380,6 minə yaxın insana zərər vurub.
Daşqınlar nəticəsində, həmçinin 10 minədək mal-qara tələf olub, 41 min hektardan çox əkin sahəsi və onlarla yol zədələnib. Keniya Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, 11 əyalətdə 900 müəssisə, 2 min məktəb binası və səhiyyə obyekti zərər görüb.
Ölkədə güclü yağışların davam edəcəyi, lakin yağıntının intensivliyinin azalacağı proqnozlaşdırılır.
Keniya rəsmiləri və humanitar agentliklər əhalini su basmış ərazilərdən uzaqlaşmağa, güclü yağış zamanı avtomobil idarə etməməyə və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:48 / 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
Hazırda oxunan: Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
Hazırda oxunan: Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
191531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.