“İsraillə ticarəti dayandırmaq qərarımız İsrailin Qəzzaya hücumlarını dayandırmaq, daimi atəşkəs təmin etmək və Qəzzadakı fələstinli qardaşlarımıza humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı şərtlərimiz yerinə yetirilənə qədər qüvvədədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat özünün “X” hesabında qeyd edib.
“İsrail xarici işlər naziri Benyamin Netanyahunun açıqlamaları tamamilə yalandır və reallıqla heç bir əlaqəsi yoxdur. Biz hökumət olaraq İsraillə ticarətlə bağlı aldığımız qərarın arxasındayıq. Bu qərar qüvvədə qalır.
İsraillə ticarəti dayandırmaq qərarımız İsrailin Qəzzaya hücumlarını dayandırmaq, daimi atəşkəs təmin etmək və Qəzzadakı fələstinli qardaşlarımıza humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı şərtlərimiz yerinə yetirilənə qədər qüvvədədir”, - deyə Ö. Bolat yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:46 / 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrini BU HALDA bərpa edəcək - FOTO
Hazırda oxunan: Türkiyə İsraillə ticarət əlaqələrini BU HALDA bərpa edəcək - FOTO
Hazırda oxunan: Türkiyə İsraillə ticarət əlaqələrini BU HALDA bərpa edəcək - FOTO
Özət:
Türkiyə İsraillə ticarət əlaqələrini bərpa etməyə hazırdır. Ticarət naziri Ömer Bolatın açıqlamasına əsasən, İsrailin Qəzzaya hücumları dayanmadığı müddətdə ticarət qərarı güclüdür.
191272
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.