Co Bayden İsrailin ABŞ-dan aldığı hava bombalarının Qəzza zolağında dinc əhalinin ölümünə səbəb olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti bu barədə “CNN”ə müsahibəsində danışıb.
Amerika prezidenti həmçinin bildirib ki, əgər İsrail Qəzzanın cənubundakı Rəfah şəhərini geniş miqyaslı işğal edərsə, ABŞ hava bombaları və artilleriya mərmiləri tədarükünü dayandıracaq.
O, İsrail ordusunun hələ də qırmızı xətti keçmədiyini və əhalinin sıx məskunlaşdığı ərazilərə daxil olmadığını iddia edib.
Bizim.Media