Suriya ordusu Deyr-əz-Zor aviabazasının blokadasını yardı

Hazırda oxunan: Suriya ordusu Deyr-əz-Zor aviabazasının blokadasını yardı

191174
Suriya ordusu ölkənin Hərbi Hava Qüvvələrinin Deyr-əz-Zor şəhərində yerləşən aviabazasının blokadasını yarmağa müvəffəq olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda döyüşlər aviabazanın perimetrində gedir.
General İsam Zahreddin və Həsən Suhelin komandanlıq etdiyi Suriya ordusu elit bölmələrinin qabaqcıl dəstələri Deyr-əz-Zor şəhərinin şərqində yerləşən aviabazaya daxil olublar.

Ordu aviasiya və artilleriyanın atəş dəstəyi ilə HHQ bazası ərazisində bir sıra yüksəklikləri ələ keçirib. Döyüşlər zamanı İŞİD-in bir neçə ədəd texnikası və müdafiə qurğusu məhv edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin