Rusiya Ukraynanı ələ keçirmək planlarından əl çəkməyib.
Bizim.Media xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Danilyuk "Ukrayna 24" kanalında "Yevgeny Kiselyovla gerçək siyasət" verilişində çıxış edib.
"Baş verənlər hələ bitməyib. Biz aysberqin yalnız ucunu, xarici təzahürlərini görürük. Əslində, Rusiyanın və Baydenin öz strategiyası var. Və bunların da müəyyən manevrlər olduğu aydındır. Əminəm ki, aralarındakı hansısa söhbətlər olub. Başa düşürəm ki, qoşunlar geri çəkildi, ancaq bu, Rusiyanın planlarından imtina etməsi demək deyil. Əksinə, hamının rahatlaşdığını görəndə Rusiya diqqətini dəyişə bilər. Rəsmi Moskva istədiyinə başqa yollarla nail olmağa çalışacaq”, deyə o, qeyd edib.
Onun fikrincə, növbəti addım Belarusda atıla bilər.
"İndi əsas risk diplomatiya istiqamətindədir, çünki prezidentin və komandasının güclü, düşünülmüş mövqeyə sahib olması çox vacibdir. Görürəm ki, növbəti addım Belarusda atıla bilər. Şimal sərhədlərində Rusiya ordusunun yaxınlaşması vəziyyəti düzəltməyəcək”. Danilyuk belə deyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:43 / 26.04.2021
Rusiya Ukraynanı Belarus ərazisindən vuracaq - Danilyuk
Hazırda oxunan: Rusiya Ukraynanı Belarus ərazisindən vuracaq - Danilyuk
Hazırda oxunan: Rusiya Ukraynanı Belarus ərazisindən vuracaq - Danilyuk
19116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.