“Afrika və Latın Amerikası artıq öz aparıcı ölkələrindən kifayət qədər müstəmləkəçiliyə məruz qalıb. Bu, o deməkdir ki, Birlik olaraq biz Afrikaya getməliyik”.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Kreml sarayında keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) Ali İqtisadi Şurasına üzv ölkələrin başçılarının iclasında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenko: “Geosiyasi rəqiblər Aİİ-ni qabaqcıl texnologiyalardan təcrid etməyə çalışırlar” - VİDEO
Lukaşenko Aİİ-ni artıq Qərb müstəmləkəçiliyindən “bezmiş” Afrika ölkələri ilə daha fəal işləməyə çağırıb:
“Afrikanın bizim geniş çeşiddə mallarımıza, xidmətlərimizə və texnologiyalarımıza ehtiyacı var”.
Bizim.Media