Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” hava hücumundan müdafiə sistemləri verəcək.
Bizim.Media xəbər verir ki, Ukrayna İnfrastruktur Nazirliyinin sosial media hesabında dərc olunan məlumatına görə, Almaniyanın Kiyevdəki səfiri Martin Yeger bunu Xarkov vilayətinə səfəri zamanı elan edib.
Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov Almaniyanın Rusiyanın zərbələri zamanı dağılan infrastrukturunun bərpasına qoşulmağa hazır olduğunu deyib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Qərbdən hava hücumundan müdafiə sistemləri, əsasən də “Patriot” kompleksləri və raketlər istəyir.
Prezident Volodimir Zelenski ölkəsinin ən azı 25 ədəd “Patriot” sisteminə ehtiyacı olduğunu bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:53 / 06.05.2024
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
Hazırda oxunan: Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
Hazırda oxunan: Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
190682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.