Almaniyada peyvənd mərkəzinin əməkdaşlarından biri altı xəstəyə Pfizer şirkətləri tərəfindən istehsal olunan peyvənd əvəzinə təsirsiz qarışım vurub.
Bizim.Media xəbər verir ki, bu barədə TASS Aşağı Saksoniya Səhiyyə Məsələləri İdarəsinə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çin yeni peyvənd yaradır - Bu dünyanı koronavirusdan qoruyacaq
İlkin məlumatlara görə, Alman Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı tibb bacısı təsadüfən peyvənd ampulasını düşürüb sındırıb və bunu gizlətmək üçün şprislərə başqa məhlul töküb.
Tibb bacısı bu barədə özü həmkarına danışır, o isə dərhal rəhbərlərinə məlumat verib.
Yerli hakimiyyət peyvənd edilmiş altı nəfərin sağlamlığına təhlükə olmadığını qeyd edib. Araşdırmayla isə polis məşğul olur.
Bizim.Media