“Washington Post” və “ABC News” sorğusuna əsasən ABŞ prezidenti Co Beydenin prezidentliyin ilk 100 günü tarixin ən aşağı reytinq göstəricisi ilə nəticələnib.
Bu reytinq cəmi 52% təşkil edib ki, son 76 ildə belə aşağı göstərici yalnız prezidentlər Cerald Ford (48%) və Donald Trampa (47%) məxsus olub.
MÖVZU İLƏ BAĞLI:
“Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub” – Amerikalı politoloq
Bizim.Media xəbər verir ki, amerikalıların 52% -i “müəyyən dərəcədə” Baydenin fəaliyyətini hələlik ABŞ-ın siyasətinə uyğun sayır. Qeyd olunur ki, respondentlərin 42% -i isə onu kəskin tənqid ediblər. Onlar dünyada yaradılan gərginliyə görə birbaşa Ağ Evin rəhbərini ittiham ediblər.
Meksika ilə sərhəddə baş verən miqrasiya böhranı zamanı Baydenin hərəkətlərinə gəldikdə, respondentlərin 63% -i onu tənqid edib.
Xatırladaq ki, sorğu 18-21 aprel tarixlərində ingilis və ispan dillərində aparılıb.
Bizim.Media