Misir prezidenti Abdel Fattah əs-Sisi koronavirusa qarşı peyvənd olunub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat prezidentin ofisindən yayımlanıb.
Məlumatda deyilir ki, əhalinin peyvəndi üzrə milli kampaniya çərçivəsində prezident də peyvənd dozası alıb.
MÖVZU İLƏ BAĞLI:
Peyvənd adıyla insanlara su vuruldu - ŞOK FAKTLAR
Dövlət başçısının hansı dərmanla aşılandığı isə sir olaraq saxlanılıb. Xidmət bu barədə məlumat verməkdən imtina edib.
Xatırladaq ki, bir az əvvəl Rusiya və Misir prezidentləri Vladimir Putin və Abdel Fattah əs-Sisi respublikada Rusiya koronavirus peyvəndlərinin istehsalının müzakirə etmişdilər.
Bizim.Media