ABŞ Əfqanıstandan geri çəkilməyə başladı – Kabil kimin nəzarətinə keçir?

Hazırda oxunan: ABŞ Əfqanıstandan geri çəkilməyə başladı – Kabil kimin nəzarətinə keçir?

19035

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ və NATO Əfqanıstanda yerləşən hərbi bazalardan personalını geri çəkməyə başlayıb.

Bu barədə Kabildə keçirilən konfransda ABŞ Quru Qoşunlarının generalı Skott Miller deyib. O, Qərb ordusunun bütün bazalarını Əfqanıstan Silahlı Qüvvələrinə təhvil verəcəyini əlavə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqanıstanın paytaxtı Kabildə iki qadın hakim öldürülüb


Ağ Ev daha əvvəl qoşunların geri çəkilməsinin 1 may - 11 sentyabr tarixlərinə qədər davam edəcəyini elan etmişdi.

Vaşinqtonun bu addımı müttəfiqlər və siyasi tərəfdaşlarla əlaqələndirdiyi bildirilir.

Bəzi ekspertlərin fikrincə isə Yaxın Şərq yeni düzənə hazırlaşır, bir neçə ildən sonra bu ərazilərin başqa ad altında ilhaqı planı da artıq hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin