ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələrini "soyqırım" adlandıran bəyanatı rəsmi Vaşinqton və Ankara arasında ikitərəfli əməkdaşlığı ciddi şəkildə pisləşdirəcək.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ameriklı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys son hadisələrə münasibət bildirərkən söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Bayden Zəngəzur dəhlizindən QORXUR - "Erməni soyqırım"ı ifadəsinə SƏBƏBLƏR - VİDEO
Teys qeyd edib ki, ABŞ-dakı erməni diaspor qruplarının lehinə və Yerevandakı faşist rejimini dəstəkləyən bu açıqlama dünyada geniş yayılmış və erməni rejimi tərəfindən daxildə və xaricdə qondarma "erməni soyqırımı" ilə əlaqəli təşkil edilən dərin, kök salmış dezinformasiya kampaniyasının sübutudur.
Onun sözlərinə görə, Co Bayden ABŞ və Türkiyə arasında müdafiə əməkdaşlığına ciddi zərər vurub, bunu aradan qaldırmaq isə imkansız görünür.
Politoloq sonda qeyd edib ki, görünür prezident Bayden bu ölkələrin arasında mövcud olmuş hərbi əməkdaşlığa və irsə məhəl qoymur. ABŞ Prezidentinin qərarı münasibətlərdə ciddi çata səbəb olacaq və Brüsseldəki Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) rəhbərliyi altında müdafiə əməkdaşlığı çərçivəsini məhv edəcək.
Bizim.Media