Gürcüstanla ABŞ arasında münasibətlər pozulur - Kobaxidze ABŞ-a səfərdən imtina etdi

Hazırda oxunan: Gürcüstanla ABŞ arasında münasibətlər pozulur - Kobaxidze ABŞ-a səfərdən imtina etdi

190167

Rəsmi Vaşinqtonun Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinin dayandırılması ilə bağlı tələbindən sonra Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. 

Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin