İran ötən aydan saxlanılan İsrail gəmisinin ekipajını AZAD EDİB

Hazırda oxunan: İran ötən aydan saxlanılan İsrail gəmisinin ekipajını AZAD EDİB

190153

İran aprelin 13-də saxlanılan MCS Aries gəmisinin ekipajını azad edib.

Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian estoniyalı həmkarı Tsahkna ilə telefon danışığında bildirib.

Qeyd edək ki, aprelin 13-də “Associated Press” agentliyi Hörmüz boğazı yaxınlığında israilli milyarderin gəmisini ələ keçirdiyini bildirib. Daha sonra İran Xarici İşlər Nazirliyinin nümayəndəsi gəminin ələ keçirildiyini təsdiqləyib.

O, buna səbəb kimi “qaydaların pozulmasını” göstərib və əlavə edib ki, İslam Respublikası “milli maraqlarını qorumaq çərçivəsində” hərəkət edib. 

Aprelin 14-də isə bu gəmidə Rusiya vətəndaşlarının olması barədə məlumat yayılıb.

Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin