"Ukraynanın NATO-ya üzvlük barədə danışmağını yersiz hesab edirəm, çünki Rusiya ilə bir münaqişə var".
Bizim.Media Avropa mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniyanın Yaşıllar Partiyasından kansler vəzifəsinə namizəd Annalena Berbok çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanın erməni mənşəli nazirindən 24 aprel TƏXRİBATI - FOTO
Onun fikrincə, "İndi ən başlıcası Minsk razılaşmalarına uyğunluğu təmin etmək üçün Rusiyaya təzyiqi artırmaqdır.
Hazırda sabitləşmə prioritetdir. Hər halda NATO üzvlüyü istiqamətində addımlar əvvəlcədən real deyil. Rusiyanın hərəkətləri ilə əlaqəli nə qədər çətin olsa da, hər şeyi dayandırmamalıyıq. Moskva ilə danışıqlar aparılmalıdır".
Bizim.Media