Ukraynanın iki nazirliyindən FƏRQLİ YANAŞMA - "Erməni soyqırımı"na QADAĞA VƏ TANIMA

Hazırda oxunan: Ukraynanın iki nazirliyindən FƏRQLİ YANAŞMA - "Erməni soyqırımı"na QADAĞA VƏ TANIMA

19006

Uraynada 1915-ci il hadisələrinə görə ölkədə keçirilə biləcək bütün tədbirlər qadağan edilib.

Bizim.Media "Hürriyet"ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi qərar qəbul edib.

Qərara əsasən hökumətin bütün üzvlərinə məsələ ilə bağlı açıqlama verməmək tapşırığı verilib. Qeyd edilir ki, hər hansı bir səlahiyətli şəxsin Türkiyəni "soyqırımı'' və buna bənzər ifadələrlə günahlandırmaması üçün təlimat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın erməni mənşəli nazirindən 24 aprel TƏXRİBATI - FOTO


Ukrayna Parlamentinə son 10 ildə qondarma soyqırımının qəbulu üçün bir çox qanun layihəsi təqdim edilib. Ukrayna rəhbərliyi isə erməni "soyqırımı" ilə əlaqədar keçirilə biləcək bütün tədbirləri qadağan etdiyini açıqlayaraq son nöqtəni qoyub.

Lakin Ukraynanın Daxili İşlər naziri olan Arsen Avakov "erməni soyqırımı"nı dövlət səviyyəsində tanımağa çağırıb. O, özünün "Facebook" hesabında qondarma soyqırımı insanlığın faciəsi adlandırıb.

Uydurma millətin Ukrayna vətəndaşı olan Arsen Avakov Kiyev hökumətinin ermənilərə borclu olduğunu da bildirib. Belə ki, Maydan hadisələrində ilk ölənlərdən biri erməni Sergey Niqoyandır.

Bununla kifayətlənməyən Ukraynanın erməni naziri Donbass uğrunda döyüşlərdə də ermənilərin Kiyev tərəfdən ruslara qarşı vuruşduğunu qeyd edib.

Bir çox tarixçi və siyasi ekspertlərin fikrincə, SSRİ dövründə Bakıdakı erməni katiblərinin daşnak siyasətinin nəticəsi olaraq, Azərbaycan 30 il işğalla mübarizə apardı.

Kiyev hökumətində erməni əsilli nazirin olması gələcəkdə Ukraynada "Lvovtsax", "Odessartuni" adda daşnak rejimlərinin yaranmasını istisna etmir.

Xatırladaq ki, Arsen Avakov Bakıda doğulub və 1 yaşında ailəsi ilə birgə Ukraynaya köçən ermənilərdəndir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin