Vaşinqtonda Baydenə ETİRAZ - Türk və Azərbaycan icmalarının AKSİYASI - FOTOLAR

Hazırda oxunan: Vaşinqtonda Baydenə ETİRAZ - Türk və Azərbaycan icmalarının AKSİYASI - FOTOLAR

18995

Aprelin 24-də Vaşinqtonda ermənilərin qondarma “erməni soyqırımı”nın 106-cı ildönümü ilə bağlı nümayişi olub.

Bizim.Media xəbər verir ki, nümayişdən bir neçə saat öncə ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə həsr olunmuş nitqində “soyqırımı” sözünü işlədib.

Vaşinqtonun erməni icması üzvlərinin və erməni lobbiçilərinin təqribən 50 təmsilçisi Türkiyənin diplomatik nümayəndəliyi qarşısında toplanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden “erməni soyqırımı” ifadəsini işlətdi - SON DƏQİQƏ


Türk, mesxeti türkü və Azərbaycan icmalarının nümayəndələri küçənin o biri tərəfinə toplaşaraq, ermənilərin yalançı təbliğatını ifşa edən və erməni dəstələrinin Birinci Dünya müharibəsi illərində dinc türklərə, Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törətdikləri cinayətlər və 1970-80-ci illərdə türk diplomatları və türk vətəndaşlarına qarşı keçirtdiyi terror kampaniyaları haqqında Amerika ictimaiyyətini məlumatlandıran etiraz nümayişi keçiriblər. 

Türk və Azərbaycan icma nümayəndələri Co Baydenin bəyanatına qəti etirazını bildiriblər. Etiraz nümayişi zamanı vətənpərvərlik mövzusunda türk və Azərbaycan mahnıları, aksiyanın sonunda Türkiyə və Azərbaycanın himnləri səslənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin