“İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlməsində maraqlıdır. Ona görə də Tehran Suriyadakı hərbi mövcudluğunu azaldıb”.
Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti belə bir iddia ilə çıxış edib.
Qeyd olunur ki, Tehran keçmiş prezident Donald Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Xatırladaq ki, Tramp Prezident olan dövrdə, 2018-ci ildə İran ilə 5+1 (ABŞ, RF, Çin, Böyük Britaniya, Fransa və Almaniya) kimi tanınan bir qrup ölkə arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb.
Həmin sazişə əsasən bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu. Eyni zamanda SEPAH generalı Qasim Süleymani də 2020-ci ildə, məhz Trampın prezidentliyi dövründə qətlə yetirilib.
Bu səbəbdən İran Baydenin regionda qalib gələ bildiyini göstərmək istəyir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, Tehranın Baydenin yenidən qələbəsində maraqlı olması pərdə arxasında İran hakimiyyətilə hazırkı ABŞ Prezidenti arasında müəyyən gizli sözdələşmələrin olduğu və bir-birinə gizli dəstək ifadə etmələrinin göstəricisidir:
“Məlumdur ki, ABŞ İrana sanksiyalar tətbiq edən əsas ölkədir. İran faktiki olaraq həmin sanksiyalardan əziyyət çəkməkdə davam edir. Amma eyni zamanda, o da məlumdur ki, İran hakimiyyətinin bəzi məhsullarının sanksiyalardan kənar dünya bazarına çıxarılmasına dəstək verən bir sıra ölkələr də var.
Vaşinqton isə buna göz yummaqla yanaşı, hətta həmin ölkələrə bir çox məqamlarda dəstək də verir. Belə ölkələrdən biri də Ermənistandır. Bu ölkə İranın ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan kənar mal və məhsullarının dünya bazarına çıxarılmasına şərait yaradır. Buna baxmayaraq, Vaşinqton İrəvana müəyyən dəstək ifadə etməkdə davam edir.
Görünən odur ki, pərdə arxasında hazırkı İran hakimiyyətilə Bayden adminstrasiyası arasında müəyyən gizli sövdələşmə var, bir-birinə gizli dəstək ifadə olunur. ABŞ hazırkı İran iqtidarının hakimiyyətdə qalmasında maraqlıdır. Ona görə də qarşılıqlı olaraq İran rəsmiləri də növbəti mərhələ üçün Baydenin hakimiyyətdə qalmasında maraqlıdır. Atılan addımlar da həmin istiqamətə yönəlib”.
Həmsöhbətimizin fikrincə, İranın Baydenin hakimiyyətdə qalmasında maraqlı olmasında Donald Trampın Prezidentlik dövründə İranla nüvə məsələsində bağlanan 5+1 sazişindən çıxması amili də öz sözünü deyir:
“İstənilən halda, ABŞ-da kimin hakimiyyətdə olmasından asılı olmayaraq, dövlət idarəetməsi də var. Respublikaçı və demokratların proseslərə yanaşmasında fərqlilik olsa da¸ istənilən halda Bayden adminstrasiyası Tehran üçün daha uyğundur. Ona görə də İran Baydenin yenidən hakimiyyətdə qalmasında maraqlıdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:30 / 01.05.2024
İran-ABŞ ortaqlığı İFŞA OLUNDU – Tehran Baydeni hakimiyyətə saxlamaq üçün bu yola əl atıbmış...
Hazırda oxunan: İran-ABŞ ortaqlığı İFŞA OLUNDU – Tehran Baydeni hakimiyyətə saxlamaq üçün bu yola əl atıbmış...
Hazırda oxunan: İran-ABŞ ortaqlığı İFŞA OLUNDU – Tehran Baydeni hakimiyyətə saxlamaq üçün bu yola əl atıbmış...
189748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.