Minalanmış ərazilərimizin xəritəsini istəyirik! - Avropada aksiya

Hazırda oxunan: Minalanmış ərazilərimizin xəritəsini istəyirik! - Avropada aksiya

18964

Niderlandda, Böyük Britaniyanın London, Koventri, Almaniyanın Münhen və Fransanın Nant şəhərində Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsinə etiraz əlaməti olaraq aksiyalar təşkil edilib.

Bizim.Media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyalarda "Minalanmış ərazilərimizin xəritəsini istəyirik!", "Azərbaycanı minalardan azad et!", "Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır" şüarları yer alıb.

Aksiyaların məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minaların xəritəsinin verilməməsidir.

Əllərində minalanmış ərazilərə, minaların zərərli təsirlərinə qarşı plakatlar tutmuş aksiya iştirakçıları Ermənistan hökumətindən minalanmış ərazilərə dair xəritələrin verilməsini tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin