Məşhur “Forbes”x9d xa0jurnalı ən çox milyarderin oxuduğu universitetlərin siyahısını hazırlayıb. Qeyd edək ki, hazırda dünyada 2043 milyarder var. Onların ümumi sərvəti 8 trilyon dollardan çoxdur. xa0
Moderator.az daha çox milyarderin gəncliyini, tələbəlik illərini keçirdiyi universitetləri təqdim edir:
Ən çox milyarder məzunu olan universitet Harvarddır. Dünya milyarderlərinin 17-i bu mükəmməl universiteti bitirib. Əsası 1636-cı ildə qurulan universitetin nəzdində 1908-ci ildə Harvard Business Scholl adlı iqtisadi təhsil verən bölmə açıldı. Biznes və iqtisadiyyat sahələrindəki ən önəmli kadrlar məhz bu məktəbin yetirmələridirlər.
İkinci yerdə isə Qallen Universiteti gəlir. Qallen böyük maddi bazaya, zəngin büdcəyə malik olsa da, Avropanın ən güclü universitetləri sırasında deyil. Lakin İsveçrə və qonşu dövlətlərin zənginləri daha çox burada oxumağa can atıblar. Bu səbəbdən də hazırda Qallenin 10 milyarder məzunu var.xa0
Üçüncü yerdəki universitet isə Avropanın iqtisadiyyat sahəsində ən nüfuzlu təhsil ocağı sayılan London Scholl of Economicsdir. Sırf biznes profili üzrə ixtisaslaşan ali məktəbin hazırda 8 milyarder yetirməsi var.xa0
xa0
Hazırladı: Elmin
































































































