Çinli mütəxəssislər yeni koronavirus növünün müxtəlif mutasiyalarına qarşı təsirli olacaq bir peyvənd hazırlayırlar.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu ÇXR Səhiyyə İşləri üzrə Dövlət Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanşan deyib.
Onun sözlərinə görə, bu gün ölkədə Sinovac və Sinopharm əczaçılıq şirkətlərinin peyvəndlərindən istifadə olunur. Ancaq bu dərmanlar Cənubi Afrika virusu növünə qarşı təsirsizdir.
Çjun Nanşan bildirib ki, hazırda bütün güclərini yeni peyvəndin yaradılmasına yönləndiriblər:
"İndi bütün səylərimizi mutasiyaya uğramış virusdan qoruyacaq peyvəndin yaradılmasına sərf etmişik. İndiki mərhələdə, ölkəmizdə təxminən 50, dünyada isə 200-dən çox peyvənd növü inkişaf etdirilir",- deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:59 / 24.04.2021
Çin yeni peyvənd yaradır - Bu dünyanı koronavirusdan qoruyacaq
Hazırda oxunan: Çin yeni peyvənd yaradır - Bu dünyanı koronavirusdan qoruyacaq
Hazırda oxunan: Çin yeni peyvənd yaradır - Bu dünyanı koronavirusdan qoruyacaq
18930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.