Bayden "soyqırımı" ifadəsini işlətsə, Ermənistan nə qazanacaq? – Nazir müavininin ŞƏRHİ

Hazırda oxunan: Bayden "soyqırımı" ifadəsini işlətsə, Ermənistan nə qazanacaq? – Nazir müavininin ŞƏRHİ

18928

Amerika Birləşmiş Ştatlarının Prezidenti “soyqırımı” ifadəsini işlədərsə, bu, vacib bir addım olacaq. Beləliklə, rəsmi Vaşinqton regional problemlərimizin həllinə deyil, ümumiyyətlə ABŞ-da insan dəyərləri və azadlıqlarına necə qiymət verildiyinə yanaşmalarını təsdiqləyəcək.

Bizim.Media “news.am”a istinadən aprelin 24-də xarici işlər nazirinin müavini Avet Adonts jurnalistlərə verdiyi müsahibəsində deyib. 

"Bu, eyni zamanda hələ “soyqırımı”n tanınması ilə bağlı mövqeyini bildirməyən mədəni dünyanın qalan hissəsi üçün bir nümunə olacaq", deyə o, qeyd edib.

Jurnalistin “Bayden nəyə görə çıxışında “Türkiyə” əvəzinə “Osmanlı İmparatorluğu” ifadəsini işlədəcək?” sualına isə Adontsun cavabı belə olub:

“ABŞ hökumətinin və ya prezidentinin açıqlamalarından cavabdeh ola bilmərəm,  bəlkə onlar o Türkiyə ilə bu Türkiyə arasında bir fərq yaradıb”.

Özünü diplomat kimi qələmə verən bu şəxs unudur ki, ABŞ kimi böyük bir dövlətin “soyqırımı” ifadəsindən qazanan nə Ermənistan, nə də ABŞ olacaq. Qalib yenə Türkiyədir. ABŞ prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi Türkiyə kimi müttəfini itirəcək, ermənilərin ayağı isə qardaş ölkənin ərazisindən yığışdırılacaq.

İstanbul, İzmir, Ankara və digər böyük şəhərlərdə özlərinə biznes quran ermənilər qayıdıb problemlər içində çabalayan vətənlərinə dönəcək. 

Baydenin açıqlamasının mədəni dünyanın qalan hissəsi üçün bir nümunə olması məsələsinə gəlincə isə buna qədər Rusiya, Fransa və digər ölkələr öz parlamentlərində belə “qərara” imza atıblar. Nəticəsi isə göz qabağındadır. Bütün o “sənədlər” kağız üzərində qalaraq arxivə verilib və heç nəyə yaramırlar, çünki hüquqi əsasları yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin