İran Baydenin qələbəsi üçün Suriyadakı qoşunlarını geri çəkir – SENSASİON İDDİA

Hazırda oxunan: İran Baydenin qələbəsi üçün Suriyadakı qoşunlarını geri çəkir – SENSASİON İDDİA

189213

İran ABŞ prezidenti Co Baydenin bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gəlməsi üçün Suriyadakı hərbi mövcudluğunu azaldıb.

Bizim.Media xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti çıxış edib.

Qeyd olunur ki, Tehran keçmiş prezident Donald Trampın və ya başqa bir respublikaçının qələbəsini istəmir. Bu səbəbdən İran Baydenin regionda qalib gələ bildiyini göstərmək istəyir.

Xatırladaq ki, Tramp 2018-ci ildə İran ilə 5+1 (ABŞ, RF, Çin, Böyük Britaniya, Fransa və Almaniya) kimi tanınan bir qrup ölkə arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb.
Bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramına məhdudiyyətlər nəzərdə tuturdu.Eyni zamanda SEPAH generalı Qasim Süleymani də 2020-ci ildə, məhz Trampın prezidentliyi dövründə qətlə yetirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin