Türkiyəli yazardan Şah İsmayıl Xətaiyə hücum: “Anasını edam etdirib...”x9d

Hazırda oxunan: Türkiyəli yazardan Şah İsmayıl Xətaiyə hücum: “Anasını edam etdirib...”x9d

189192
Türkiyə mətbuatında tarixçi-yazar Latif Salihoğlunun Səfəvi hökümdarı Şah İsmayıl Xətai ilə bağlı qalmaqallı məqaləsi dərc olunub.Virtualaz.org xəbər verir ki, yeniasya.com saytında dərc olunan məqalədə 1514-cü ilin avqustunda Osmanlı İmperiyası ilə Səfəvilər arasında baş tutan “Çaldıran”x9d döyüşündə məğlub olan sərkərdəni İran şahı, qurduğu Azərbaycan dövlətini isə İran dövləti adlandırıb. Müəllif məqaləsində bir qədər də irəli gedərək Səfəvi hökmdarını “ana qatili”x9d adlandırıb.

“Avşar türklərindən olan Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətini yıxaraq Səfəvi dövlətini qurub, İran, Azərbaycan, İraq və Anadolunu hakimiyyəti altına almışdı. Şah İsmayıl İranda hakimiyyətə gələr-gəlməz şiəliyi dövlətin rəsmi dini elan etmişdi. Əsasən siyasətə gəlməzdən öncə və iqtidar taxtında oturmazdan əvvəl kifayət qədər mülayim olan şair Şah İsmayıl iqtidara keçdikdən sonra birdən-birə dəyişdi, zülmkarlıqda sərhəd tanımaz hala gəldi. Məsələn, məğlub etdiyi özbək hökmdarının kəlləsindən (Şiban xan nəzərdə tutulur ”“ red.) qədəh düzəltdirərək şərab içdi. Sünni olan anası Aləmşahbəyimi gözünü qırpmadan edam etdirib”x9d, - deyə müəllif iddia edir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin