Ermənistan polisi İrəvan-Sevan yolunun bir hissəsini bağlayan etirazçıların qarşısını almaq üçün hərəkətə keçib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu zaman polislə etirazçılar arasında qarşıdurma yaşanıb və bir neçə aksiya iştirakçısı saxlanılıb.
Saxlanılanlar arasında “Ermənistan” blokunun deputatları Artur Xaçatryan və Arman Kazaryan da var.
Qeyd edək ki, bir neçə gündür İrəvan da daxil olmaqla, Ermənistanın bir sıra regionlarında hökumətin istefası tələbilə etiraz akiyaları keçirilir.
Bizim.Media