Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet münaqişə bölgəsindən kənardakı ərazilərə, yaşayış yerlərinə hücumu müharibə cinayəti adlandırıb.
Bizim.Media Reuters-ə istinadən xəbər verir ki, Ali komissar bu əməllərin beynəlxalq humanitar hüquqa zidd olduğunu bəyan edib.
O həmçinin Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu söyləyib:
“Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır. Lakin etnik ermənilər orada məskunlaşaraq nəzarəti ələ keçiriblər”.
Ali komissar Cenevrədə əladə edilən razılaşmadan bir neçə saat sonra Ermənistan ordusunun Bərdədə terror törətməsini, mülki əhalini hədəfə almasını pisləyib.
Mişel Baçelet Ermənistan tərəfini Bərdəni qadağan edilmiş silah-sursatla atəşə tutduqları üçün də günahlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:50 / 03.11.2020
BMT-nin Ali Komissarı: “Etnik ermənilər Qarabağda sonradan məskunlaşıblar”
Hazırda oxunan: BMT-nin Ali Komissarı: “Etnik ermənilər Qarabağda sonradan məskunlaşıblar”
Hazırda oxunan: BMT-nin Ali Komissarı: “Etnik ermənilər Qarabağda sonradan məskunlaşıblar”
1890
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.