ABŞ Ukraynaya gizli şəkildə uzaqmənzilli raketlər GÖNDƏRİB

Hazırda oxunan: ABŞ Ukraynaya gizli şəkildə uzaqmənzilli raketlər GÖNDƏRİB

188849

ABŞ mart ayında Ukraynaya gizli şəkildə uzaqmənzilli ATACMS raketləri göndərib.

Bizim.Media xəbər verir ki, bunu “Politico” nəşri məlumat verib.

“Bayden administrasiyası iki illik müharibədən sonra ilk dəfə keçən ay gizli şəkildə Ukraynaya uzaqmənzilli raketlər göndərib. Kiyev artıq iki dəfə bu silahlardan Rusiyanın arxa cəbhəsinə zərbələr endirmək üçün istifadə edib”, - deyə nəşr yazır.
Həmçinin “Reuters” agentliyinin məlumatına görə, zərbələrin hədəfi cəbhə xəttindən 165 km məsafədə Krımda yerləşən aerodrom olub.

Qeyd edək ki, Pentaqon ATACMS raketlərinin "suveren Ukrayna ərazisi daxilində" istifadə üçün Ukraynaya verildiyini təsdiqləyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin