ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, artıq yardımların müvafiq ölkələrə tədarükünə başlanılacaq.
Qeyd edək ki, ötən gün ABŞ Senatında qanun layihələri təsdiq edilib.
Xatırladaq ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib.
Layihələr Ukrayna üçün 60,8 milyard dollar, İsrailə 26,4 milyard dollar, Tayvana isə 8,1 milyard dollar maddi yardımları əhatə edir.
Bizim.Media