Türkiyənin Ağrı vilayətində PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
Moderator.az Azvision.az-a istinadən xəbər verir ki, keçirilən əməliyyat zamanı 22 nəfər həbs edilib.
PKK terror təşkilatının təbliğatı ilə əlaqədar həbs olunanların evlərində axtarış zamanı terror təşkilatına aid sənədlər və fotoşəkillər ələ keçirilib.
































































































