NƏHAYƏT! - Marsda oksigen yaradıldı     

Hazırda oxunan: NƏHAYƏT! - Marsda oksigen yaradıldı     

18842

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Marsda yeriyən “Perseverance” adlı qurğunun köməyi ilə bu planetin səthində karbon qazından oksigeni ayırmağa nail olub.

Bizim.Media xəbər verir ki, “Moxie – Mars Oxygen In-situ Resource Utilization Experiment” adlanan qurğu 5 qram oksigen istehsal edib. Bu qədər oksigen astronavtın Marsda təqribən 10 dəqiqə nəfəs ala bilməsi üçün kifayətdir.

NASA-da belə hesab edirlər ki, gələcəkdə Marsa uçan insanlar özləri ilə çoxlu oksigen yox, yeni qurğunun böyüdülmüş versiyasını götürəcəklər. Oksigen raketin kimyəvi tərkibinin ayrılmaz hissəsidir.

Məlum olduğu kimi, Mars atmosferində karbon qazı 96 faiz, oksigen isə cəmi 0,13 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, Yer atmosferində oksigenin miqdarı 21 faizdir. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin