İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.
Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran ordusunun cənub-şərq regional bazasının komandiri Əmir Qulamalian məlumat verib.
O bildirib ki, onun qüvvələri sərhəd polisinə milli sərhədlər boyunca qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə kömək edir, lakin onlar bunu etməyə borclu deyillər.
Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.
Komandir qeyd edib ki, həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:16 / 21.04.2024
İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı
Hazırda oxunan: İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı
Hazırda oxunan: İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı
188255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.