İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - paylaşımda deyilir.
DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.
Bizim.Media