“Mən səs verən iki partiyalı qanunverici koalisiyaya təşəkkür etmək istəyirəm. Qanun layihələri ən qısa zamanda mənim masamın üzərində olmalıdır ki, onları imzalayım”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya maddi yardımın göstərilməsinə dair qanun layihəsinin təsdiqləməsinə münasibət bildirərkən deyib.
“ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün qədər tez silah göndərilsin. İmzalansın ki,Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək”, - deyə Bayden qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Ukraynaya 60,8 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Həmçinin Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini Ukraynanın xeyrinə qəbul edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:32 / 20.04.2024
Bayden: “Qanun layihəsi tez təsdiq edilməlidir ki, Ukraynaya silah göndərilsin"
Hazırda oxunan: Bayden: “Qanun layihəsi tez təsdiq edilməlidir ki, Ukraynaya silah göndərilsin"
Hazırda oxunan: Bayden: “Qanun layihəsi tez təsdiq edilməlidir ki, Ukraynaya silah göndərilsin"
188173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.