Rusiya artıq ABŞ-Şimali Koreya müharibəsinə hazırdır

Hazırda oxunan: Rusiya artıq ABŞ-Şimali Koreya müharibəsinə hazırdır

187951
ABŞ və Şimali Koreya arasında gərginlik davam edir.

"Ölkə.Az" xəbər verir ki, Rusiya müharibə ehtimalına qarşı hazırlıqları başa çatdırıb.

Rusiya Federasiyası Şurasının Müdafiə Komitəsinin sabiq sədri, senator Viktor Ozerov açıqlama verərək bildirib ki, raket hücumundan müdafiə sistemləri hazır vəziyyətə gətirilib. Buna səbəb isə Şimali Koreyanın hücum vaxtı koordinatları qarışdıraraq raketləri Rusiya ərazisinə atacağı təqdirdə fəlakətin qarşısını almaqdır.

Şimali Koreyaya yaxın olan Vladivostokda da hava hücumundan müdafiə sistemi hazır vəziyyətə gətirilib. Əgər Şimali Koreyanın atdığı raketlər səhv istiqamətdə uçarsa, ilk reaksiyanı bu bazadakı sistem verəcək.

Sakit Okean donanması isə havadan edilən hücumların qarşısını alacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin