İnsanlara donuz ürəyi köçürüləcək... - Rəzalət, yoxsa elmi uğur?- “The New York Times”x9d

Hazırda oxunan: İnsanlara donuz ürəyi köçürüləcək... - Rəzalət, yoxsa elmi uğur?- “The New York Times”x9d

187935
Harvard universitetinin tədqiqatçıları, insanlarda xəstəlik törədə biləcək viruslardan təmizlənərək xa0redaktə olunmuş genomlu donuz balaları klonlaşdırmağa başlayıblar.xa0

Moderator.az xa0israil mediasına istinadla xa0yazır ki, “The New York Times”x9d qəzetində dərc olunmuş tədqiqatın nəticələrinə görə, artıq bir neçə ilə bu cür geni dəyişdirlmiş donuzların ürək, qaraciyər və digər orqanlarının insan orqanizminə köçürülməsi mümkün olacaq.xa0

Cina Kolata adlı jurnalist yazır ki, tədqiqatlara Harvard universitetinin genetik alimi Corc Çörç rəhbərlik edir. Tədqiqatçının sözlərinə görə, artıq iki ildən sonra ehtiyacı olan xəstələrə donuzların ürəyi, ciyəri və s. orqanları köçürülə biləcək.


Məqalədə donuz orqanlarının transplantasiyası məsələsi üzərində hələ 1990-cı illərin əvvəllərindən araşdırmalar aparıldığı bildirilir. Donuz orqanlarının insan orqanlarına oxşarlığı və istənilən ölçüdə olması onların insan bədəninə nəqlini nəzəri baxımdan mümkün edir. Lakin bu heyvanın orqanizmində çoxlu sayda virusların varlığı və onların insanlara yoluxması ehtimalı alimlərin işini müşkülə salır.xa0
1998-ci ildə Massaçusets xəstəxanasında sözügedən tədqiqatlara rəhbərlik edən Cey Fişman donuz DNT-də meymunlarda leykemiya(qanazlığı) xəstəliyi yaradan viruslar xa0aşkar etdikdən sonra xa0“dayan”x9d komandası verib...


Harvard universitetinin alimi doktor Corc Çörç isə gen mühəndisliyi sayəsində tezliklə donuz orqanlarının transplantasiyasını həyata keçirə biləcəyinə inanır.





P.S. xa0Sözügedən tədqiqatlar donuz ətinin haram buyurulması barədəki Quran ayəsi(Maidə surəsi, 3-cü ayə, Ənam, 145 və s.) və hədislərdə deyilənlərin gerçəkliyini təsdiqləyir. Çünki əgər donuz orqanları insanınkılara bənzəyirsə, deməli, bu heyvanın ətini yemək elə insan ətini yeməyə bənzəyir. Buradan digər bir sual da çıxır. Görəsən, gələcəkdə xa0ürəyi donuz ürəyi ilə əvəzlənmiş adamlar yenə də donuz əti yeyəcəkmi?.. Başqa bir sual: donuz ürəyi daşıyan insanın xarakteri necə olacaq?

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin