Prezident Tramp Şimali Koreyaya "misli görünməmiş atəş və qəzəb" xəbərdarlığı verdi

Hazırda oxunan: Prezident Tramp Şimali Koreyaya "misli görünməmiş atəş və qəzəb" xəbərdarlığı verdi

187540
ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya sərt xəbərdarlıq edib. “Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər.”x9d

Prezident Tramp bu bəyanatı Nyu Cersi ştatının Bedminister şəhərindəki özəl qolf kulubunda verib. O, Şimali Koreya lideri Kim Conq Unu “hədələyici”x9d ton sərgiləməkdə günahlandırıb.

Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər.
Tramp daha sonra xəbərdarlığını təkrar edərək bildirib ki, totalitar kommunist ölkəsi “atəş, qəzəb - və sözün açığı - dünyanın indiyədək görmədiyi bir qüdrətlə üzləşəcək.”x9d

Trampın bəyanatından bir neçə saat sonra Şimali Koreya ABŞ-ın Sakit Okeandakı ərazisi olan Quamı raketlə vurmağı “ehtiyatla nəzərdən keçirdiyini" bəyan edib.

Pxenyan ABŞ-ı vurmaq iqtidarında olan nüvə başlıqlı raket inkişaf etdirmək məramını heç vaxt gizlətməyib, və illərdir ki, beynəlxalq ictimaiyyətin nüvə proqramına son qoymaq çağırışlarını qulaqardına vurur.

Koreya Xalq Ordusunun dövlət xəbər agentliyi vasitəsilə yaydığı bəyanatda bildirilir ki, rəhbər Kim Conq Un qərar verən an plan icra olunacaq.

Bazar ertəsi ABŞ-a məxsus iki B-1 bombardmançı təyyarəsi Quamdan havaya qalxaraq Koreya yarımadası üzərində uçublar. ABŞ rəsmisi uçuşu Birləşmiş Ştatların yarımadadada davamlı bombardmançı mövcudluğu saxlamaq məramı ilə izah edib.

Şimali Koreyanın digər rəsmisi tərəfindən verilən bəyanatda Pxenyan ABŞ-ı "önləyici müharibə”x9d planları qurmaqda ittiham edib. Şimali Koreya rəsmisi bildirib ki, belə bir müharibəyə başlamaq cəhdi “düşmənin bütün hədəflərinə, o cümlədən əsas ABŞ ərazisində silindirici zərbələrlə qarşılaşacaq.”x9d

Bombardmançı təyyarəsi qırıcıların müşayiəti ilə Osan Hava Bazası üzərindən uçur. Pyeonqtaek, Cənubi Koreya. 13 sentyabr, 2016.
Ordu sözçüsü ABŞ-ı Şimali Koreyaya qarşı “məsuliyyətsiz hərbi təxribatlara”x9d son qoymağa çağırıb.

BMT Təhlükəsizlik Şurası şənbə günü Şimali Koreyaya raket sınaqlarını davam etdirdiyinə görə yeni sanksiyalar tətbiq edib (BBC).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin