Aİ-nin XİN və müdafiə nazirləri İran-İsrail qarşıdurmasını müzakirə edəcəklər

Hazırda oxunan: Aİ-nin XİN və müdafiə nazirləri İran-İsrail qarşıdurmasını müzakirə edəcəklər

187516

Avropa İttifaqının (Aİ) xarici işlər və müdafiə nazirləri aprelin 22-də planlaşdırılan görüşdə İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell 27 icma ölkəsinin xarici işlər nazirlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı videokonfransından sonra keçirilən brifinqdə məlumat verib.

“Gələn bazar ertəsi Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin planlaşdırılan görüşü olacaq. Biz bu məsələni Fars körfəzindən olan həmkarlarımızla birlikdə müzakirə edəcəyik”, - deyə Borrell qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin