Fransanın “Liberation” qəzetində “Dağlıq Qarabağ: Ermənistan qadağan olunmuş silahlardan istifadə etməkdə ittiham olunur” adlı məqalə dərc edilib.
Bizim.Media xəbər verir ki, yazıda Ermənistanın Bərdə şəhərini qadağan olunmuş kaset silahlarından atəşə tutması öz əksini tapıb. Qeyd edilib ki, “Amnesty International” və “Human Rights Watch” təşkilatları da faktı təqsdiqləyiblər.
“Hər iki təşkilat Ermənistanın Bərdə şəhərini kaset silahları ilə bombardman etdiyini qeyd edib. Bombardman nəticəsində 21 mülki şəxs ölüb, 70 nəfər yaralanıb. Hər iki təşkilat hadisə yerindən olan şəkillərin Bərdədə “Smerç” raketi və onun 9N235 adlı kaset silahından istifadə olunduğunu təsdiqləyir”-deyə məqalədə qeyd edib.
Yazıda bildirlir ki, kaset silahları mini bombalar ixrac etdiyindən onun dəqiq hərbi hədəfi olmur və buna görə də mülki əhalinin həyatını təhlükəyə atmamaq üçün ondan şəhər mərkəzlərində istifadə etmək beynəlxalq müqavilə ilə qadağan olunur.
Bizim.Media