Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada avtomobili partladan ukraynalı agentin saxlanılması videosunu yayıb.
Bizim.Media xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Tutulan şəxs bildirib ki, ona əvvəlcə avtomobilə nəzarət etmək, sonra isə partlatmaq tapşırığı verilib.
Qeyd edək ki, partladılan "Land Cruiser" avtomobili Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, polkovnik-leytenant Vasili Prozorova məxsus olub.
Bizim.Media